Xocalı Soyqırımının 32-ci ildönümü münasibətilə Prime Cotton şirkətinin Baş İcraçı direktoru Rövşən Mahmudov və şirkətin əməkdaşları faciə qurbanlarını yad etmək üçün Ana Fəryadı abidəsini ziyarət ediblər. Şirkətin nümayəndə heyəti abidəyə gül dəstələri və çələng qoyaraq Xocalı qurbanlarının əziz xatirəsini anıblar.
Xocalı Soyqırımı zamanı həlak olmuş günahsız insanların xatirəsini dərin hüzn və ehtiramla anırıq. Unutmadıq, unutmayacağıq!
Prime Cotton kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 February 2025














































































































































