Назад

"Gənc Elektrik İnkişaf Proqramı"

6 December 2021
Vəzifə öhdəlikləri:   Gənc elektrik çalışdığı bölgə üzrə baş energetiklərin rəhbərliyi altında aşağıdakı işləri icra edir: ·        Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi; ·        Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması; ·        Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi; ·        Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edilməsi; ·        Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumatın verilməsi; ·        Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edilməsi; ·        Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edilməsi, qısaqapanmanın yaranmaması üçün lazımi addımların atılması; ·        Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasının təmin edilməsi; ·        Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfinin təhlil edilməsi, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumatın verilməsi; ·        Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin icra edilməsi.  Tələblər •    Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür; •    Müvafiq sahə üzrə təhsil; •    Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir; •    Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir. •    Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq. Səriştələr: •    Məsuliyyətli •    Şəxsi inkişafa meylli •    Pozitiv •    Özünütəşkiletmə qabiliyyəti •    Nailiyyət yönümlülük •    Etibarlılıq •    Dürüstlük Müraciət etmək üçün xahiş olunur ki, linkə daxil olasınız: https://qlor.me/kwopitwo   

Читать далее

"Gənc Elektrik İnkişaf Proqramı" | Prime Cotton