Назад

Sabirabad rayonu Axtaçı-Muğan kəndində baş vermiş yanğınla bağlı açıqlama

20 February 2023
Sosial şəbəkə səhifələrində və bəzi xəbər portallarında şirkətimizə məxsus, Sabirabad rayonu Axtaçı-Muğan kəndində yerləşən, pambıq emalı zavodunda yanğının baş verməsi ilə bağlı məlumatın yer aldığı məqalələr yayımlanmışdır. Məsələ ilə bağlı bildirmək istərdik ki, 19.02.2023 tarixində “MKT İK” MMC-nin Sabirabad rayonu Axtaçı-Muğan kəndində yerləşən və şirkətimizə məxsus olan pambıq emalı zavodunun yerləşdiyi ərazidən kənarda, qeyri-müəyyən səbəbdən yaranmış yanğının pambıq mahlıcı kiplərinin saxlanıldığı talvarlara sirayət etməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Yanğının əhatə dairəsi lokallaşdırılıb və tam söndürülmüşdür, hal-hazırda soyutma işləri davam edir. Hadisə nəticəsində xəsarət alan olmamışdır.

Читать далее

Sabirabad rayonu Axtaçı-Muğan kəndində baş vermiş yanğınla bağlı açıqlama | Prime Cotton