“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.
2021-ci ilin Yanvar, Fevral və Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə ışçı sayısı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.
“MKT İK” MMC Təhlükəsizlik və Daxili Nəzarət komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Kamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
Monitorinq qrupunun iş fəaliyyətinin prosedura uyğun getməsinə nəzarət etmək
Təhlükəsizlik sisteminə aid olan bütün kameraların görüntülərini daima təkmilləşdirmək
Mütəmadi olaraq yerlərdə kameraların görmə bucaqlarını təkmilləşdirmək
Digər şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasını təmin etmək
Kamera yaddaş disklərinin dolmasına və sazlığına nəzarət etmək.
Baş ofis və filiallarda təhlükəsizlik kameralarının quraşdırılması və dəstəklənməsi
NVR/DVR quraşdırılması, sazlanması və optimizasiya edilməsi
İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi
Xarici və daxili şəbəkə çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət edilməsi
İVMS yüklənən istifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli
Kamera avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli
Daxili intizam qaydalarına əməl etmək
Şöbə rəisinin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
Təhsil: Ali
Müfaviq sahə üzrə minimum 3 il iş təcrübəsi
Ofis proqramlarında sərbəst işləmək bacarığı
Ünsiyyət qurmaq bacarığı
Komanda ilə işləmək bacarmağı
Məsuliyyətlilik, diqqət və dəqiqlik
Səriştələr:
Məsuliyyətli
Şəxsi inkişafa meylli
Pozitiv
Özünütəşkiletmə qabiliyyəti
Nailiyyət yönümlülük
Etibarlılıq
Dürüstlük
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: Beş günlük iş həftəsi
İş yeri: Baki şəhəri, Qafqaz Business Center
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “WS Kamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Vakansiya: Kamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis
4 October 2021














































































































































