Назад

Vakansiya: İT Şəbəkə Adminstratoru.

9 June 2021
Vəzifə öhdəlikləri:     • LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması; • Şəbəkə avadanlıqlarının (Cisco, HP router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq; • Router, Switch və Firewall-ları Şirkətin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;   İP-telefoniya sistemləri Asterix, CCM işləmək, Daxili ATS-lərin qurulması; • Şəbəkə problemlərini müəyyən edib həll etmək; • Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq; • Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması; • Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi; • İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.   Tələblər:   - Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.); - Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı; - İngilis və Rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması); - Server OS-ləri ilə iş üzrə baza bilikləri; - Nəzəri bilik səviyyəsi CCNP; - Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq; - Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi  İş qrafiki: 5 günlük, 09:30-18:30 Əmək haqqı bilik və bacarığa əsasən mühasibə əsasında müəyyən ediləcək. Müraciət qaydaları:CV –ni Azərbaycan dilində  career@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT Şəbəkə Adminstratoru” yazmaqla müraciət edilir.

Читать далее

Vakansiya: İT Şəbəkə Adminstratoru. | Prime Cotton