Назад

Vakansiya: Daxili Nəzarət üzrə mütəxəssis - aparıcı mütəxəssis - baş mütəxəssis

18 May 2021
Vəzifə funksiyaları Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi; Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirilməsi; Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi; Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması; Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi; Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır; Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir; Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür; Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflər verir.   Texniki biliklər:       Nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik             biliklər;       Cəmiyyətin mövcud daxili normativ sənədlərinin biliyi.   Səriştə və bacarıqlar: Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq; Analitik düşüncə qabiliyyəti; Komanda daxilində işləmək bacarığı; Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq. Tələblər İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür); Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət  sahəsində ən azı 3 il iş təcrübəsi; Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;  Rus və ingilis dilləri arzu olunandır.; Microsoft Office və digər proqramlar;   Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;   Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı; Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq; Ölkədaxili ezamiyyət etmək imkanı; İş qrafiki: 5 günlük, 09:30-18:30   Müraciət qaydaları: CV –ni Azərbaycan dilində  career@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili Nəzarət üzrə mütəxəssis - aparıcı mütəxəssis - baş mütəxəssis” yazmaqla müraciət edilir.

Читать далее

Vakansiya: Daxili Nəzarət üzrə mütəxəssis - aparıcı mütəxəssis - baş mütəxəssis | Prime Cotton