Ramazan bayramı ərəfəsində “MKT İK” MMC növbəti xeyriyyə aksiyasını həyata keçirmişdir. Yardım aksiyası çərçivəsində İmişli şəhərinin müxtəlif ünvanlarında yaşayan şəhid, qazi ailələrinə və aztəminatlı şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət yardım qutuları çatdırılıb.
Ərzaq paylarını qəbul edən sakinlər göstərilən diqqət görə “MKT İK” MMC rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. “MKT İK” MMC yardıma dəstək verdiyi üçün Qızıl Aypara Cəmiyyətinə və ərzaq paylarının sakinlərə çatdırılmasında köməklik edən könüllü gənc fəallara öz dərin minnətdarlığını bildirir.
“MKT İK” MMC və “Qızıl Aypara Cəmiyyəti” İmişli şəhərində xeyriyyə aksiyası həyata keçirib
13 April 2022














































































































































