Назад

Vakansiya: Risklərin İdarə edilməsi üzrə mütəxəssis

18 May 2021
Vəzifə funksiyaları Yarana biləcək potensial risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir; Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir, Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi; Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi; Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi; Baş verən qayda pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi; Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləmək və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək; Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi; Bütün sahələr üzrə müəyyən olunmuş limitlərə nəzarətin keçirilməsi; Stress testlərin müəyyən edilməsi və həyata keçirilməsi; Rüblük risk hesabatlarının hazırlanması; Mütəmadi olaraq risklərin idarəedilməsi sahəsindəki yeniliklər barədə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi; Cəmiyyətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi; Risklər üzrə işçilərin biliklərini artırmaq üçün Cəmiyyətdə təlim / seminar keçirmək; Rəhbərlik üçün daxili hesabatların hazırlanması.   Texniki biliklər:   Risk səviyyəsinin ölçülməsi və risklərin idarəedilməsi haqqında geniş biliklər; Cəmiyyətin mövcud daxili normativ sənədlərinin biliyi.   Səriştə və bacarıqlar: Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq; Analitik düşüncə qabiliyyəti; Komanda daxilində işləmək bacarığı; Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.   Tələblər İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür); Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət  sahəsində ən azı 1-3  il iş təcrübəsi; Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;  Rus və ingilis dilləri arzu olunandır.; Microsoft Office və digər proqramlar;   Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;   Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı; Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq; Ölkədaxili ezamiyyət etmək imkanı; İş qrafiki: 5 günlük, 09:30-18:30   Müraciət qaydaları: CV –ni Azərbaycan dilində  career@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Risklərin İdarə edilməsi üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Читать далее

Vakansiya: Risklərin İdarə edilməsi üzrə mütəxəssis | Prime Cotton