Назад

Cotton Azərbaycan-Pakistan Biznes Forumunda iştirak edib

25 February 2025
24 fevral 2024-cü il tarixində Bakıda Azərbaycan-Pakistan Biznes Forumu keçirilib. Hər iki ölkənin biznes nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də çıxış ediblər. Prime Cotton olaraq, biz də forumda iştirak edərək Pakistanın iplik, tekstil və geyim sektorunda fəaliyyət göstərən şirkətləri ilə mühüm görüşlər keçirdik. Şirkətimizi Baş İcraçı Direktor Rövşən Mahmudov və Baş Kommersiya Direktoru Tural Əlizadə təmsil edib. Bu forum iki ölkə arasında ticarət və sənaye əməkdaşlığının genişlənməsi üçün mühüm platforma oldu. Prime Cotton olaraq, tekstil sektorunda yeni tərəfdaşlıqlar və imkanlar üçün müzakirələrimizi davam etdiririk

Читать далее

Cotton Azərbaycan-Pakistan Biznes Forumunda iştirak edib | Prime Cotton